Çeferin italyanları yıxıb-sürüdü

  • Bu gün, 16:32

UEFA prezidenti Aleksander Çeferin İtaliyadakı futbol infrastrukturunu sərt şəkildə tənqid edib.

Sportlife.az xəbər verir ki, funksioner hazırkı vəziyyəti biabırçılıq adlandırıb:

"İtaliya dünya və Avropa çempionatını, Çempionlar Liqasını qazanmış ən böyük futbol ölkələrindən biridir. Amma eyni zamanda, digər böyük futbol ölkələri arasında, əlbəttə ki, ən pis infrastrukturu olan dövlətdir. Düzünü desəm, mən bir az yoruldum, çünki stadionlarla bağlı hər şeyin italyan dilindəki müzakirələri bitir.

Ümid edirəm ki, İtaliya stadionlarla bağlı nəsə edəcək. Klubların hökumət və özəl investorların köməyinə ehtiyacı var. Hərəkət etmək vaxtıdır, çünki stadionlar dəhşətli vəziyyətdədir”.


Paylaş: