Yığmada 1 oyun keçirən futbolçu karyerasını bitirir

  • Bu gün, 13:09

Hazırda "Köln"də çıxış edən Almaniya millisinin sabiq hücumçusu Mark Ut karyerasını başa vurmağa hazırlaşır.

Sportlife.az xəbər verir ki, 33 yaşlı forvard cari mövsümün sonunda futbolla vidalaşacaq.

Qeyd edək ki, "Köln"ün yetirməsi olan futbolçu daha əvvəl "Heerenven", "Herakles", "Hoffenhaym" və "Şalke"nin də formasını geyinib.

O, Almaniya millisində cəmi 1 oyun keçirib.


Paylaş: