
"Oyundan həzz almaq istəyirik"
"Barselona"nın baş məşqçisi Hans-Diter Flik Çempionlar Liqasının yarımfinalında "İnter"lə cavab oyunu barədə gözləntilərini bölüşüb.
Sportlife.az xəbər verir ki, almaniyalı mütəxəssis oyundan həzz almaq istədiklərini bildirib:
"Bu mövsüm artıq iki titul qazanmışıq. İndi Çempionlar Liqasının yarımfinalındayıq və öz oyunumuzla hər kəsə nə qədər yaxşı olduğumuzu göstərməliyik. Müdafiədə itkilər? Zədələr baxımından heç nəyi dəyişə bilmərik. Təbii ki, bundan məmnun deyiləm, amma heç nəyi düzəldə bilmirik. Bu mövqelərdə oynaya biləcək futbolçularımız var. Balde və Kunde bizim üçün vacib oyunçulardır. Lakin bizim başqa futbolçularımız da var".
Qeyd edək ki, cavab matçı bu gün keçiriləcək.