
"Yuventus"da ciddi itki
"Yuventus"un müdafiəçisi Qleyson Bremer tibbi müayinədən keçib və onun sol dizində menisk zədəsi aşkarlanıb.
Sportlife.az xəbər verir ki, yaxın saatlarda oyunçu artroskopik əməliyyat keçirəcək.
Prosedurdan sonra Bremerin "Yuventus"un tibbi heyətinin nəzarəti altında reabilitasiya keçəcəyi gözlənilir. Onun meydana qayıdışı daha sonra açıqlanacaq.