
Yığmanın düşərgəsini tərk etdi
Norveç millisinin hücumçusu Erlinq Holann Yeni Zelandiya ilə yoldaşlıq görüşünü buraxacaq.
Sportlife.az xəbər verir ki, forvard sıx oyun qrafikinə görə milli komandanın düşərgəsini tərk etmək üçün icazə alıb.
O, DÇ-2026-nın seçmə mərhələsinin son turunda İsraillə matçda (5:0) het-trik edib.
Norveç - Yeni Zelandiya oyunu oktyabrın 14-də Osloda keçiriləcək.