Argentina - İspaniya matçının yeri açıqlandı

  • Bu gün, 11:30

Son Avropa çempionatı və Amerika Kubokunun qaliblərinin oynayacağı "Finalissima"nın yeri bəlli olub.

Sportlife.az xəbər verir ki, oyun martın 28-də Qətərdə baş tutacaq.

AVRO-2024-ün finalında İngiltərəni 2:1 hesabı ilə məğlub edən İspaniya Avropa çempionu olub. Argentina isə Kolumbiyaya 1:0 hesabı ilə qalib gələrək Amerika Kubokunda qələbə sevinci yaşayıb.

2021-ci ildə UEFA və CONMEBOL arasında 2028-ci ilə qədər davam edəcək Anlaşma Memorandumu imzalanıb.

İlk Finalissima 2022-ci ildə Argentina ilə İtaliya arasında keçirilib. Londondakı "Uembli" stadionunda oynanılan görüş Cənubi Amerika təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.


Paylaş: