25 milyona alınan futbolçu göndərilir

  • Bu gün, 15:35

"Zenit" yarımmüdafiəçi Jersonla yollarını ayırmaq niyyətindədir.

Sportlife.az xəbər verir ki, Sankt-Peterburq klubu futbolçunun çıxışından məyus olub və onu çox ləng hesab edir. "Zenit"in 28 yaşlı braziliyalını 25 milyon avroya satmağa hazır olduğu bildirilir.

Qeyd edək ki, Jerson 25 milyon avroya iyulda "Flamenqo"dan Rusiya klubuna keçib. O, Sankt-Peterburq klubunda 6 oyun keçirib, qol vura bilməyib və zədə səbəbindən sıradan çıxıb.

Daha əvvəl "Palmeyras"ın Jersonla maraqlandığı bildirilmişdi.


Paylaş: