Peruda daha bir medal

  • Bu gün, 12:11

Perunun paytaxtı Limada keçirilən Qran-Pridə Azərbaycanın daha bir cüdoçusu medal qazanıb.

Sportlife.az xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində mübarizə aparan Ömər Rəcəbli bürünc mükafata sahib çıxıb. O, üçüncü yer uğrunda görüşdə Ukrayna təmsilçisi Mixaylo Svidraka qalib gəlib.

Qeyd edək ki, daha əvvəl Əhməd Yusifov (60 kiloqram) gümüş, Könül Əliyeva (48 kiloqram), Ruslan Paşayev və Rəşad Yelkiyev (hər ikisi 66 kiloqram) bürünc medal qazanıblar.


Paylaş: