
Amorim klub rəhbərliyindən bu futbolçunu istədi
"Kristal Pelas"ın yarımmüdafiəçisi Adam Uorton karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.
Sportlife.az xəbər verir ki, baş məşqçi Ruben Amorim klubdan 21 yaşlı ingilis futbolçunu transfer etməyi xahiş edib.
"Kristal Pelas"ın daha əvvəl ulduz oyunçu üçün 115 milyon avroluq təklif gözlədiyi bildirilmişdi. Lakin "qırmızı şeytanlar" 70 milyon avro ilə məsələni həll etmək istəyir.
Qeyd edək ki, Uorton son üç mövsümdə komandası üçün əsas oyunçu olub. O, İngiltərə Kubokunun qazanılmasında mühüm rol oynayıb.