
UEFA yeniliyə hazırlaşır
UEFA Avropa çempionatının seçmə mərhələsini azarkeşlər üçün daha cəlbedici etmək istəyir və formatı dəyişməyi düşünür.
Sportlife.az xəbər verir ki, bu məqsədlə bir sıra alternativ variantlar nəzərdən keçiriləcək.
UEFA prezidenti Aleksander Çeferin Portuqaliyakı futbol sammitində çıxışı zamanı formatın fərqli ola biləcəyini və hazırda bunun mümkünlüyünün nəzərdən keçirildiklərini bildirib.
Qeyd edək ki, seçmə mərhələ üçün bir neçə alternativ model, o cümlədən Millətlər Liqası və Çempionlar Liqasında istifadə olunan formatlar nəzərdən keçirilir.