
"Milan"nın forvardı yığmadan ayrıldı
Portuqaliyalı hücumçu Rafael Leau DÇ-2026-nın seçmə mərhələsində Macarıstana qarşı keçiriləcək oyunda iştirak etməyəcək.
Sportlife.az xəbər verir ki, 26 yaşlı futbolçu avqustda İtaliya Kubokunun oyununda aldığı zədədən hələ tam sağalmayıb.
Portuqaliyanın baş məşqçisi Roberto Martines forvardın İrlandiya ilə matçdakı (1:0) çıxışından narazı qalıb.