"Neftçi"dən yeni transfer

  • Dünən, 17:09

“Neftçi” növbəti transferini rəsmiləşdirib.

Sportlife.az xəbər verir ki, nigeriyalı futbolçu İfeanyi Metyu ilə 1+1 illik müqavilə bağlanıb. 28 yaşlı yarımmüdafiəçi 18 nömrəli formanı geyinəcək.

Sonuncu klubu “Sürix” (İsveçrə) olan İ. Metyu vətənindən başqa, Norveç və Türkiyə liqalarında da oynayıb. Norveç Kubokunun və 20 yaşadək futbolçular arasında Afrika Kubokunun qalibi olub.


Paylaş: