Yığma üzvü ilə uzunmüddətli müqavilə

  • Bu gün, 12:32

Qapıçı Cordan Pikford "Everton"la yeni uzunmüddətli müqavilə imzalayacaq.

Sportlife.az xəbər verir ki, sözləşmənin müddəti və digər detalları barədə məlumat verilmir.

Pikford 2017-ci ilin yayında "Sanderlend"dən "Everton"a keçib. O, hazırkı komandasının heyətində 326 oyuna çıxıb.

2017-ci ilin noyabrında Pikford İngiltərə millisində debüt ediv və o vaxtdan bəri yığmada 79 oyun keçirdi.


Paylaş: