
Depaydan yeni rekord
"Korintians"ın və Niderland yığmasının hücumçusu Memfis Depay 2026-cı il dünya çempionatının seçmə mərhələsində Finlandiya ilə qarşılaşmada (4:0) 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb
Sportlife.az xəbər verir ki, 31 yaşlı futbolçu Uesli Sneyderi (33) geridə qoyaraq 35 xalla yığmada bütün zamanların ən yaxşı assistenti olub.
Depay, həmçinin Robin van Persi (50), Klaas-Yan Huntelaar (42) və Patrik Klyuverti (40) geridə qoyaraq 54 qolla ölkənin ən yaxşı bombardiri kimi yerini möhkəmləndirib.