
Əfsanələrin matçında insident
"Stemford Bric"də keçirilən xeyriyyə matçında "Liverpul Əfsanələri" "Çelsi Əfsanələri"ni 1:0 hesabı ilə məğlub edib.
Sportlife.az xəbər verir ki, ilk hissədə “Liverpul”un keçmiş müdafiəçisi Martin Şkrtellə “Çelsi”nin sabiq hücumçusu Dieqo Kosta arasında qarşıdurma yaşanıb. Slovakiyalının sərt müdaxiləsi qarşı tərəfin xoşuna gəlməyib.
Futbolçular arasındakı qısa müddətli mübahisədən sonra oyun davam edib.
Qarşılaşmadan sonra Kosta “Liverpul”un keçmiş futbolçusu ilə fotosunu paylaşaraq, ürək emojisi əlavə edib.