
Rafinya həmyerlisini fərqləndirdi
"Barselona"nın hücumçusu Rafinya "Real Madrid"in heyətində ən bəyəndiyi futbolçunun adını açıqlayıb.
Sportlife.az xəbər verir ki, braziliyalı forvard həmyerlisi Rodriqonu fərqləndirib:
"Mənim üçün Rodriqo heyrətamiz oyunçudur, tayı-bərabəri olmayan fenomendir. Gördüyüm ən yaxşılardan biridir. O, lazım olduğu qədər qiymətləndirilmir və mənim fikrimcə, bu, ədalətsizlikdir".
Rodriqo 2019-cu ildən "Real Madrid"də çıxış edir. Bu mövsüm 24 yaşlı braziliyalı bütün turnirlərdə 50 oyun keçirib, 13 qol vurub və 10 məhsuldar ötürmə edib.