"Şamaxı" elitaya gözləniləndən daha tez uyğunlaşdı"

  • Dünən, 13:50

AFFA İcraiyyə Komitəsinin son iclasında qəbul olunan qərarlara əsasən, Azərbaycan Premyer Liqasında 2025/26-cı illər mövsümünün formatında dəyişikliklər edilib. Yeni mövsümdən etibarən ölkə çempionatında 12 komanda çıxış edəcək. Əsasnaməyə uyğun olaraq, sonuncu yeri tutan komanda elitanı tərk edəcək, əvəzində I Liqadan 3 komanda birbaşa yüksək dəstəyə vəsiqə qazanacaq. 

"Şamaxı" 26 turdan sonra 27 xalla 6-cı pillədə qərarlaşıb. Görəsən, komanda Premyer Liqadakı mövqeyini qoruya biləcəkmi?

Bölgə təmsilçisinin sabiq baş məşqçisi Ramiz Məmmədov bununla bağlı Sportlife.az saytına açıqlama verib. O, komandanın Premyer Liqaya tez uyğunlaşdığını deyib: 

"Şamaxı" çempionata yaxşı start verdi. Elitaya gözləniləndən daha tez uyğunlaşdı. Komanda son iki oyunda qələbə qazanaraq özünə inamı yüksəldib. Dünən onlar "Sabah"ı məğlub etdilər. Çox əzmkar oyun göstərdilər. "Şamaxı"nın elitada qalacağını düşünürəm. Premyer Liqada qalmaq üçün əllərindən gələni edirlər".

Akif ƏHMƏDOV


Paylaş: