"Şamaxı"nın futbolçusuna Azərbaycanda yaşamaq izni verilmədi

  • 20 İyul 2024, 00:09

“Şamaxı” namibiyalı futbolçu Lubeni Haukonqo ilə yollarını ayırıb.

Sportlife.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 23 yaşlı futbolçu Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən ölkədə yaşamaq icazəsi ala bilmədiyi üçün tərəflər arasında imzalanan müqavilə qüvvəyə minməyib. 

Bölgə klubu futbolçuya gələcək karyerasında uğurlar arzulayıb.


Paylaş: