”Səbail” ispaniyalı yarımmüdafiəçi transfer etdi

  • 9 İyul 2024, 19:44

“Səbail” PFK daha bir futbolçunu heyətinə qatıb.

Sportlife.az xəbər verir ki, “dənizçilər” son olaraq, Bolqarıstan klubu “Etar”da çıxış etmiş Qorka Larruçea ilə 1 illik müqavilə imzalayıb.

31 yaşlı ispaniyalı dayaq yarımmüdafiəçisi yeni komandasında 8 nömrəli formada çıxış edəcək.


Paylaş: