“Sumqayıt”da ayrılıq - RƏSMİ

  • 6 İyul 2024, 21:32

Yeni mövsümə hazırlaşan "Sumqayıt"da ayrılıq gerçəkləşib.

Sportlife.az xəbər verir ki, Masaki Murata ilə Premyer Liqa təmsilçisi arasında imzalanmış müqavilənin müddəti başa çatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Masaki Murata 2023-cü ilin yanvar ayından "Sumqayıt"da çıxış edirdi. Yaponiyalı yarımmüdafiəçi "kimyaçılar"ın heyətində meydana çıxdığı 54 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.


Paylaş: