
"Zirə"də qalmaq istəmir - NARAZIDIR
Millimizin futbolçusu Rüstəm Əhmədzadə "Zirə"dəki vəziyyətindən narazıdır.
Sportlife.az-ın əldə etdiyi məlumata görə, son zamanlar nadir hallarda meydana çıxan yarımmüdafiəçi istədiyi qədər oynamaq şansı əldə edə bilmir.
Bu səbəbdən mövsümün başa çatmasını və "Zirə"dən ayrılmağı səbirsizliklə gözləyir. Bir sözlə, o, böyük ehtimal Bakı klubunda son mövsümünü keçirir.
Qeyd edək ki, "Qarabağ"a məxsus olan Əhmədzadənin Ağdam klubu ilə hələ 1 illik müqaviləsi var.