"İndiana" seriyada fərqi artırdı

  • 29 Aprel 2024, 14:32

"İndiana" NBA-in pley-off mərhələsinin birinci tur seriyasının dördüncü oyununda evdə "Miluoki"ni məğlub edib - 126:113.

Sportlife.az xəbər verir ki, görüşün ən məhsuldar oyunçusu meydan sahiblərindən Mayls Törner olub - 29 xal. Yannis Antetokounmpo və Damian Lillard zədə səbəbindən oyunu buraxıblar.

Seriya hesabı 3-1 "İndiana"nın xeyrinə olub. Beşinci qarşılaşma aprelin 30-da baş tutacaq.

NBA

Pley-off

1/8 final

“İndiana” – “Miluoki” – 126:113 (33:33, 34:31, 31:21, 28:28)

Seriyanın hesabı: 3-1


Paylaş: