"Nyu-Orlean"dan ardıcıl 3-cü qələbə

  • 9 Mart 2024, 09:15

“Filadelfiya” NBA-in adi mövsüm matçında evdə “Nyu-Orlean”a uduzub – 95:103.

Sportlife.az xəbər verir ki, "Pelikans" ardıcıl üçüncü qələbəsini qazanıb.

Görüşün ən məhsuldar oyunçusu dubl-dabl edən “Pelikans”ın hücumçusu Sion Uilyamson olub.

"Nyu-Orlean" 38-25 hesabı ilə Qərb Konfransında 5-ci yerdədir. "Filadelfiya" isə Şərq Konfransında 6-cı yerdədir - 35-28.

NBA

Adi mövsüm

Filadelfiya – Yeni Orlean – 95:103 (15:36, 19:27, 27:21, 34:19)


Paylaş: