Millinin sabiq baş məşqçisi vəfat etdi

  • 29 Aprel 2024, 13:21

Ukrayna millisinin sabiq baş məşqçisi Mixail Fomenko 75 yaşında vəfat edib.

Sportlife.az "Sport Strana"ya istinadən xəbər verir ki, Fomenko "Spartak Sumi"nin məzunu idi. O, futbolçu karyerası ərzində 3 dəfə SSRİ çempionu, UEFA Kuboklar Kubokunun və UEFA Superkubokunun qalibi olduğu "Zarya" və Kiyev "Dinamo"sunda da çıxış edib.

O, məşqçi kimi Ukrayna çempionu olub və “Dinamo” ilə ölkə kubokunu qazanıb. 2012-2016-cı illərdə Avro-2016-da Ukrayna millisinə rəhbərlik edib.


Paylaş: