“Şəki” basketbol klubu iki legionerlə vidalaşdı

  • 29 Aprel 2024, 13:10

Azərbaycan Basketbol Liqasında (ABL) çıxış edən “Şəki” kollektivi iki legionerlə vidalaşıb.

Sportlife.az bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrda düşərgəyə qoşulan 2 amerikalı basketbolçu - Simeus Vebster və Vanya Kinq komandanı tərk ediblər.

Qeyd edək ki, "Şəki" ABL-də müntəzəm mövsümü 19 xalla sonuncu yerdə başa vurub.


Paylaş: