Millimiz beynəlxalq turnirdə iştirak edəcək
Akademik avarçəkmə üzrə Azərbaycan millisi beynəlxalq turnirdə iştirak edəcək.
Sportlife.az xəbər verir ki, idmançılarımı İtaliyada təşkil olunacaq ənənəvi “Paolo De Aloya” reqatasında mübarizə aparacaqlar.
22-24 mart tarixlərində baş tutacaq yarışda Azərbaycanı Ziya Məmmədzadə, Bəhmən Nəsiri, Diana Dımçenko və Murad Sadıqov təmsil edəcəklər. Avarçəkənlər 1 nəfərlik qayıqda qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, Diana Dımçenko 2023-cü ildə keçirilən “Paolo De Aloya” reqatasında qızıl medal qazanıb.