
"Biz penaltilərdə uduzmağı yaxşı bilirik"
"Liverpul"un baş məşqçisi Arne Slot Çempionlar Liqasının 1/8 finalında PSJ-yə uduzduqları cavab oyununu şərh edib.
Sportlife.az xəbər verir ki, niderlandlı mütəxəssis məğlubiyyətə görə məyusluğunu gizlətməyib:
“Çətindir, xüsusən də buna çox səy göstərdiyiniz zaman. İlk 25 dəqiqə çox intensiv keçdi. Amma sonra tabloya baxırsan ki, 0-1 uduzursan, həm də pis qol buraxmısan. Sonra 11 metrlik cərimə zərbələri. Biz niderlandlılar penaltilərdə necə uduzmaq lazım olduğunu bilirik".
Qeyd edək ki, Slot son fikri ilə Niderlandın DÇ-2022-nin yarımfinalında Argentinaya penaltilər seriyasında məğlubiyyətini nəzərdə tutub.