
"Cavab oyununda sehrli nəsə etməliyik"
"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/4 finalında "Arsenal"a qarşı ilk oyundak 0:3 hesablı məğlubiyyəti şərh edib.
Sportlife.az xəbər verir ki, italiyalı mütəxəssis mərhələni keçəcəklərinə inanmalı olduqlarını bildirib:
"Biz inanmalı və cavab matçında sehrli nəsə etməyə çalışmalıyıq. Futbolda hər şey ola bilər. Məsələn, Deklan Raysın karyerasında heç vaxt etmədiyi iki cərimə zərbəsi vurması kimi".
Cavab oyunu aprelin 16-da Madriddə keçiriləcək.