
Çempionlar Liqasının finalı ABŞ-da?
2033-cü ildə Çempionlar Liqasının bir neçə oyunu, o cümlədən finalı ABŞ-da keçirilə bilər.
Sportlife.az xəbər verir ki, UEFA 2027-ci ildən etibarən ABŞ-ın Relevent Sports şirkəti ilə kişilərin klub yarışları üçün yeni kommersiya hüquqları müqaviləsi bağlamağı planlaşdırır.
Hələ ötən ilin aprelində UEFA-nın avrokubok oyunlarının başqa qitələrdə keçirilməsini qadağan edən siyasətini dəyişməyi nəzərdən keçirəcəyi bildirilmişdi.