
"Hələ heç nə itirilməyib"
"Milan"ın baş məşqçisi Serjiu Konseysau Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçında "Feyenoord"a məğlubiyyəti (0:1) şərh edib.
Sportlife.az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə danışan portuqaliyalı mütəxəssis bütün suallara cavab matçında aydınlıq gələcəyini bildirib:
"Rəqibdə istək daha çox idi. Stadiondakı atmosfer də onlara kömək etdi. Hesabı bərabərləşdirmək üçün bir neçə şansımız var idi. Hələ heç nə itirilməyib".