
"İnter"də 2 itki
"İnter”in futbolçuları Lautaro Martines və Stefan de Vrey Çempionlar Liqasının 1/8 finalında "Feyenoord"a qarşı cavab oyununu buraxacaqlar.
Sportlife.az xəbər verir ki, hər iki oyunçu əzələ yorğunluğundan əziyyət çəkir və buna görə də bazar ertəsi komanda ilə tam məşq edə bilməyib.
İlk oyunda Milan klubu 2:0 hesabı ilə qalib gəlib.