Keyndən unikal göstərici

  • 13 Fevral 2025, 14:54

"Bavariya"nın hücumçusu Harri Keyn Çempionlar Liqasında fərqlənib.

Sportlife.az xəbər verir ki, ingiltərəli forvard unikal göstəriciyə imza atıb.

O, Almaniya klubunun heyətində turnirin ilk 20 oyununda 20 qolun vurulmasında (15 qol və 5 məhsuldar ötürmə) birbaşa iştirak edib. İndiyədək heç bir futbolçu bunu bacarmayıb.

Qeyd edək ki, Keyn ötən gün "Seltik"lə pley-off mərhələsinin ilk matçında (2:1) qol vurub.


Paylaş: