
Kompani hələ də ümidlidir
"Bavariya"nın baş məşqçisi Vensan Kompani Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda "İnter"ə məğlubiyyəti ( 1:2 ) şərh edib.
Sportlife.az xəbər verir ki, o, sonadək ikinci qolu vurmaq şanslarının olduğunu bildirib: "Əslində, çox qol vura bilərdik. Bu rəqəm iki və ya daha artıq ola bilərdi. "İnter"in yaxşı hücum xətti var. İnanıram ki, Milanda qələbə qazanıb, turu keçəcəyik".
Qeyd edək ki, komandalar arasında cavab oyunu aprelin 16-da keçiriləcək.