
Liqa mərhələsinin ən yaxşı qolu
Çempionlar Liqasının Liqa mərhələsində vurulmuş ən yaxşı qol bəlli olub.
Sportlife.az xəbər verir ki, azarkeşlərin səsverməsinə əsasən, İspaniyanın "Real" klubunun futbolçusu Vinisius Juniorun dəqiq zərbəsi ən yaxşı seçilib.
Braziliyalı oyunçunun VII turda Avstriyanın “Zaltsburq” komandasına 77-ci dəqiqədə vurduğu qol fərqləndirilib.
Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinə fevralın 11-də start veriləcək.