
Qvardiola 4 futbolçudan çəkinir
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının pley-off mərhələsində "Real"la keçiriləcək oyunla bağlı gözləntilərini bölüşüb.
Sportlife.az xəbər verir ki, ispaniyalı mütəxəssis Vinisius, Mbappe, Rodriqo və Bellinqem kimi futbolçuları dayandırmağın çətin olduğunu bildirib:
"Onları 90 və ya 180 dəqiqə saxlamaq olmaz. Dördü də fərqli futbolçudur, biz bunu bilirik. Onların oyuna təsirini azaltmalıyıq. Çalışacağıq ki, öz futbolumuzu göstərək, ağıllı oynayaq və yaxşı nəticə qazanaq".
"Mançester Siti" - "Real" matçı saat 00:00-da başlayacaq.