
"Real"ı yıxmaq üçün gücümüz var"
"Mançester Siti"nin müdafiəçisi Ruben Diaş Çempionlar Liqasında "Real"a qarşı keçiriləcək pley-off mərhələsinin cavab matçını şərh edib.
Sportlife.az xəbər verir ki, portuqaliyalı futbolçu mərhələ adlamaq üçün özünəinamın həlledici rol oynayacağını bildirib:
"Təbii ki, cavab oyununda necə oynayacağımızı dəqiq bilirik. Biz əvvəllər də belə vəziyyətlərdə olmuşuq. Özümüzə, qalib gələcəyimizə inansaq, hər şeyə qadirik. Rəqibi yıxmaq üçün kifayət qədər gücümüz var. Buna inanmalıyıq”.
Qeyd edək ki, pley-offun ilk matçında "şəhərlilər" evdə 2:3 hesabı ilə uduzub. Komandalar arasında cavab oyunu fevralın 19-da baş tutacaq.