
"UEFA-dakıların futboldan başı çıxmır"
Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk matçında "İnter" səfərdə "Bavariya"nı 2:1 hesabı ilə məğlub edib.
Sportlife.az xəbər verir ki, UEFA komissiyası Milan təmsilçisinin müdafiəçisi Alessandro Bastonini matçın oyunçusu seçib.
Xorvatiya yığması və "Milan"ın sabiq yarımmüdafiəçisi Zvonimir Boban komissiyanın seçimini tənqid edib: "Bastoniyə hörmətlə yanaşıram. Amma UEFA-dakıların futboldan çox az başı çıxır. Belə bir qələbədən sonra mükafatı müdafiəçiyə vermək mənasızdır. Mən UEFA-nın prezidenti olsaydım, heç vaxt belə şey baş verməzdi. Lautaro Martines və ya Markus Tyuram mükafata daha çox layiq idilər".