
Avropa çempionatı: Cüdoçumuz finalda!
Azərbaycan olimpiya çempionu Zelim Kotsoyev (100 kq) Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə Avropa çempionatında qızıl medal uğrunda mübarizə aparacaq.
Sportlife.az xəbər verir ki, o, həlledici görüşdə gürcüstanlı İlia Sulamanidze ilə qarşılşacaq.
Azərbaycanın digər cüdoçusu Uşanqi Kokauri (+100 kq) isə bürünc medal qazanmaq üçün yarışacaq. U.Kokauri Almaniya təmsilçisi Erik Abramovla qarşılşacaq.
Daha əvvəl Əhməd Yusifov (60 kq), Rəşid Məmmədəliyev (73 kq), Zelim Tçkayev (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.
Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edir. Yığma, həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.