Ronaldu ÇL oyununa hazırdır

  • Dünən, 17:14

“Əl-Nasr”in hücumçusu və kapitanı Kriştianu Ronaldu “X” sosial şəbəkəsindəki hesabında Asiya Çempionlar Liqasının 1/4 final mərhələsində Yaponiyanın “Yokohama Marinos” klubu ilə keçiriləcək oyundan əvvəl paylaşım edib.

Sportlife.az xəbər verir ki, futbolçu matça hazır olduğunu yazıb.

"Hazıram", - Ronaldu sosial şəbəkə hesabında qeyd edib.

40 yaşlı forvard cari mövsüm bütün turnirlərdə 36 matçda iştirak edib, 32 qol vurub və 4 məhsuldar ötürmə edib. Ronaldunun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.


Paylaş: