
Olimpiya çempionumuz mübarizəyə başlayır
Monteneqronun paytaxtı Podroritsada keçirilən cüdo üzrə Avropa çempionatı davam edir.
Sportlife.az xəbər verir ki, yarışın dördüncü günündə Azərbaycan millisinin üç cüdoçusu tatamiyə çıxacaq.
Olimpiya çempionumuz Zelim Kotsoyev (100 kq) Paris-2024-dən sonra ilk sınağına başlayacaq. Fərdi yarışların son günündə Uşanqi Kokauri (+100 kq) və Nigar Süleymanova (78 kq) da mübarizə aparacaq.
Kotsoyev mübarizəyə 2-ci mərhələdən start verəcək. Onun rəqibi Simeon Georgiadis (Yunanıstan) – Mixael Aristos (Kipr) duelində bəlli olacaq. Kokauri Patrik Bronietslə (Polşa) üz-üzə gələcək. Nigar Süleymanova isə Sofiya Somkxişvili (Gürcüstan) ilə üz-üzə gələcək.
Qeyd edək ki, yığmamız yarışın ilk 3 günündə 4 bürünc medal qazanıb. Əhməd Yusifov 60 kq, Rəşid Məmmədəliyev 73 kq, Zelim Tçkayev 81 kq, Murad Fətiyev 90 kq çəkidə fəxri kürsüdə yer alıb.