"Qəbələ" çempion - 2 klub Premyer Liqada

  • Dünən, 22:26

Futbol üzrə Azərbaycan I Liqasında çempion və mükafatçıların adlarına aydınlıq gəlib.

Sportlife.az xəbər verir ki, XXIII turun son üç oyunundan sonra “Qəbələ” çempionluğu, “İmişli” və “Karvan” isə Premyer Liqaya vəsiqəni rəsmiləşdirib.

Bu turda Qəbələnin eyniadlı klubu MOİK-ə 1:0, İmişli və Karvan təmsilçiləri isə müvafiq olaraq, “Cəbrayıl” və “Zaqatala”ya 2:0 hesabı ilə qalib gəlib.

Hazırda “Qəbələ” 58 xalla turnir cədvəlinə başçılıq edir. “İmişli” 44 xalla 2-ci, “Karvan” isə 43 xalla 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, I Liqada mövsümün başa çatmasına 4 tur qalıb.


Paylaş: