"Turan Tovuz" xal itirdi

  • Dünən, 21:01

Azərbaycan Premyer Liqasında XXXII tura bir oyunla start verilib.

Sportlife.az xəbər verir ki, “Turan Tovuz” doğma azarkeşlər önündə “Şamaxı” ilə üz-üzə gəlib.

Tovuz şəhər stadionunda keçirilən görüş 1:1 hesabı ilə nəticələnib.

Meydan sahiblərinin heyətində 54-cü dəqiqədə Kauan Martins fərqlənib. “Şamaxı”dan qolu 56-cı dəqiqədə Brahim Konate rəqib qapısından keçirib.

Bu nəticədən sonra “Turan Tovuz” 49 xalla dördüncü yerdə qərarlaşıb. 6-cı yerdə olan “Şamaxı” isə 35 xala malikdir.

Qeyd edək ki, tura aprelin 28-də yekun vurulacaq.


Paylaş: