"Barselona", yoxsa "Aston Villa"?

  • Dünən, 16:08

Hazırda "Aston Villa"da icarə əsasında çıxış edən Markus Reşford hələ də "Barselona"ya keçməkdə maraqlıdır.

Sportlife.az xəbər verir ki, lakin Birmingem klubu da futbolçunu satın almaq üçün mövsümün sonunda maliyyə vəziyyətini qiymətləndirməli olacaq. Razılıq əldə olunsa, bu transfer "Aston Villa"ya 40 milyon funta başa gələcək.

Maliyyə problemləri səbəbindən isə kataloniyalıların yayda bu keçidi reallaşdırması çətin olacaq.

Qeyd edək ki, baş məşqçi Ruben Amorimin uzunmüddətli planlarında yer almadığından, Reşfordun “Mançester Yunayted”in heyətinə qayıtmaq ehtimalı azdır.


Paylaş: