
MY ispan qapıçı ilə maraqlanır
“Mançester Yunayted”in rəhbərliyi yay transfer pəncərəsində qapıçı mövqeyini gücləndirmək istəyir.
Sportlife.az xəbər verir ki, "qırmızı şeytanlar" "Espanyol"dan 23 yaşlı iqolkiper Joan Qarsiyanı transfer etməyi planlaşdırır.
Qapıçının Kataloniya klubu ilə müqaviləsində 25 milyon avroluq satınalma maddəsi var.
Qeyd edək ki, bundan əvvəl mətbuatda Mançester komandasının "Portu"nun qapıçısı Dioqu Koştanı transfer etmək istədiyi barədə xəbərlər yayılmışdı.