Azərbaycan çempionu müəyyənləşdi

  • Dünən, 17:48

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibi müəyyənləşib.

Sportlife.az xəbər verir ki, həlledici matçda “Murov Az Terminal” və “Azərreyl” komandaları üz-üzə gəlirlər.

Milli Gimnastika Arenasında gerçəkləşən qarşılaşmada "Azərreyl" ilk iki setdə qalib gəlib - 25:20, 25:22. İlk final matçında 3:0 hesabı ilə üstün olan "Azərreyl" titula sahib çıxıb.

Belə ki, ikinci final görüşündə növbəti setlər formal xarakter daşıyacaq.


Paylaş: