Avropa çempionatı: Son gündə Azərbaycanın 3 cüdoçusu mübarizə aparacaq
Fransanın Monpelye şəhərində keçirilən cüdo üzrə Avropa çempionatına bu gün yekun vurulacaq.
Sportlife.az xəbər verir ki, son gündə Azərbaycanın 3 cüdoçusu mübarizə aparacaq.
Murad Fətiyev (90 kq) və Zelim Kotsoyev (100 kq) yarışa 1/16 finaldan qoşulacaqlar. Onlar müvafiq olaraq Laşa Bekauri (Gürcüstan) və Harri Lovell-Hyuitt (Böyük Britaniya) ilə üz-üzə gələcəklər.
Uşanqi Kokauri (+100 kq) isə bu raunddan azaddır. 1/8 finaldan mübarizəyə başlayacaq idmançının rəqibi Mirça Kroytoru (Rumıniya) – Marius Fizel (Slovakiya) cütünün qalibi olacaq.
Qeyd edək ki, Avropa çempionatına 11 cüdoçu ilə yollanan Azərbaycan millisinin heyətində Hidayət Heydərov (73 kq) qızıl medal qazanıb.