Avropa çempionatı üçün heyət

  • Bu gün, 12:35

Cüdo üzrə Azərbaycan millisi Latviyanın paytaxtı Riqada keçiriləcək kata üzrə Avropa çempionatında iştirak edəcək.

Sportlife.az xəbər verir ki, komandanın heyətində 4 idmançı yer alacaq.

Onlar bir neçə istiqamətdə texnika nümayiş etdirəcəklər. İştirak ərizəsinə İsmayıl Rzayev, Samir İsmayılov, Rafiq Nəcəfov və Seymur Məcidli daxildir.

Qeyd edək ki, mayın 31-dən iyunun 1-dək keçiriləcək yarışda 22 ölkədən 332 cüdoçu çıxış edəcək.


Paylaş: