Cüdoçularımız Avropa Kubokunda yarışacaq

  • 19 Aprel 2024, 09:47

Gənc cüdoçulardan ibarət Azərbaycan millisi İtaliyanın Liqnano şəhərində Avropa Kuboku turnirində iştirak edəcək.

Sportlife.az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 20-dən 21-dək davam edəcək yarışa 29 ölkədən 496 idmançı qatılacaq. Yığmamız birincilikdə oğlanlar arasında 6 çəki dərəsində 14 cüdoçu ilə təmsil olunacaq.

60 kq çəkidə Nizami İmranov, Nurlan Kərimli, Babarəhim Mirzəyev, 66 kq-da Zahir Ağazadə, Məhəmməd Musayev, Eltac Yusifli, 81 kq çəkidə Süleyman Şükürov, Mamed Əzizbekov, Məmmədrza Hacızadə, Qadir Hüseynov, 90 kq-da İsmayıl Zamanov, 100 kq-da Əjdər Bağırovla Nihad Şıxəlizadə və 100 kq + çəki dərəcəsində Ramazan Əhmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxmağa çalışacaq.

Qeyd edək ki, komandamıza gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov rəhbərlik edəcək.


Paylaş: