Bakıda Avropa çempionatı başladı

  • Bu gün, 10:52

Bakıda badminton üzrə qarışıq komandaların Avropa çempionatı start götürüb.

Sportlife.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən yarışda Danimarka, İspaniya, İngiltərə, Fransa, Almaniya, Çexiya, Niderland və Azərbaycan yığmaları mübarizə aparır.

Birinci qrupda çıxış edən yığmamız ilk oyununu İngiltərəyə qarşı keçirir.

Qeyd edək ki, Avropa çempionatında ilk 2 pillənin sahibləri yarımfinala vəsiqə qazanacaqlar. Yarışa fevralın 16-da yekun vurulacaq.


Paylaş: