Bölgə klubu iranlı futbolçu ilə anlaşdı

  • 26 İyul 2024, 11:23

Transfer çalışmalarını davam etdirən “Zaqatala” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportlife.az xəbər verir ki, bölgə təmsilçisi iranlı Matin Qahremanini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Matin daha öncə 2022/23 mövsümündə “Zaqatala”da çıxış edib.


Paylaş: